“Hünkarbəyəndi “resepti

0
380
Tərkibi:
600 qram quzu budu (və ya dana əti),
2 ədəd orta ölçülü quru soğan,
4 diş sarımsaq,
3 yemək qaşığı zeytun yağı,
3 ədəd orta ölçülü pomidor,
1 qaşıq pomidor tomatı,
1 çay qaşığı bibər tomatı,
duz,Bəyəndi üçün:
4 ədəd orta ölçülü badımcan,
1,5 stəkan süd,
1,5 qaşıq un,
1 qaşıq kərə yağı,
1/2 stəkan rəndələnmiş holland pendiri,
duz,
təzə çəkilmiş istiot,

Məsləhət:
İzqara və ya ocaq üzərində özəl olaraq köz aparatında bişirdiyiniz badımcanları qısa müddətdə katon və ya polietilen torbada gözlədin.
Tərləyən qabıqlar daha asan soyulur.
Südü soyuq halda istifadə edin.
Südü qovrulmuş un qarışığına az az əlavə edin.

Hazırlanması:
Tomata və ət qarışığına 1/2 şirniyyat qaşığı üzüm sirkəti və təzə kəkotu yarpağı əlavə etmək mümkündür.
Yağlı qisimləri təmizlənmiş quzu but ətini quşbaşı doğrayın.
Qabıqları soyulmuş soğan və sarımsağı yeməklik doğrayın.
Qabığını soyduğunuz pomidorları kub formasında doğrayın.
Yuyub qurutduğunuz badımcanları doğrayıb izqarada bişirin.
Maye yağı qazanda isidin.
Quru soğan, sarımsaq və əti yüksək temperaturda qovurun.
Pomidorları əlavə edin.
4-5 dəqiqə bişdikdən sonra pomidor və bibər tomatını da əlavə edin.
İsti su əlavə idin.
Arada qarışdıraraq 30 dəqiqə vam odda bişirin.
Bişmənin sonuna yaxın duz əlavə edin.
Bəyəndi üçün izqarada bişirdiyiniz badımcanların qabıqlarını ehtiyatla soyun.
Kiçik-kiçik doğrayın.
Kiçik bir qazanda kərə yağını əridin.
Unu əlavə edərək əriyən kərə yağənda unu qovurun.
İti bir bıçaqla doğradığınız közlənmiş badımcanları və soyuq südü əlavə edin.
Bəyəndi qarışığı vam odda qaynamağa başladığınca rəndələnmiş holland pendirini , duz və təzə çəkilmiş istiot dənələrini əlavə edin.
Bişirmə işləmi sona yetən badımcan bəyəndini servis tabağına yığın.
Üzərinə pomidor tomatlı və ətli qarışığı əlavə edərək isti halda servis edin.

Nuş olsun!

 İstinad:Dadlı.az