Hulusi Akar: “Fransızların bəslədikləri ilan özlərini sancmağa başladı”

0
72

“Fransızların bəslədikləri ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”.

“Terefsiz.az” xəbər verir ki, bunları Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə”, – Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına toxunan Akar əlavə edib.

“Müttəfiqlərimiz, bəzi digər dövlətlər müxtəlif səbəblərə görə PKK/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Suriya qəbilələri gücü ancaq gücsüz və müdafiəsiz qadınlara çatan PKK/YPG terrorçularına təpki göstərdilər və bölgəni tərk etmələrini istədilər. Biz terror təşkilatına dəstək verənləri, yardım edənlər barədə açıq və qəti şəkildə xəbərdarlıq etdik. Bunların hamısının (terror aktlarının) hamısının və daha çoxunun ola biləcəyini söylədik.

Bu alçaqlarla, terrorçularla əməkdaşlıq etmək olarmı? Bir terrorçu ilə başqa terrorçunun üstünə getmək olarmı? Bu mövzuda əlaqələri davam etdirir, müttəfiqlərimizə yanlışlıqlarını deyirik”, – nazir deyib.

terefsiz.az