Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

0
73

“Türkiyə rəhbərliyi Rusiya ilə tamhüquqlu dialoq aparmaq imkanını saxlamalı və Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynamalıdır”.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilə kimsə danışmalıdır: “Dialoq olmazsa, çıxılmaz vəziyyətə düşəcəyik. Qərbdən Prezidentimizə (Rəcəb Tayyib Ərdoğana) minnətdarlıq gözləməliyik”.

Nazir bildirib ki, son bir ildə Rəcəb Tayyib Ərdoğan tez-tez Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib: “O, Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Kiyevdən Moskvaya mesajlar ötürüb”.

terefsiz.az