Rusiyalı müğənni Valentina Sidorova dodaqlarına silikon qoydurmaq üçün getdiyi xəstəxanada həkimin hücumuna məruz qalıb.
Terefsiz.az saytı xəbər verir ki, üzü qana boyanan sənətçi həmin anları sosial şəbəkədə paylaşıb.
Sidorova silikonu bəyənmədiyi üçün həkimin ona vurduğunu iddia edib. Həkim isə ilk zərbəni ifaçının vurduğunu, onun isə özünü müdafiə etmək məcburiyyətində olduğunu dilə gətirib.
Xəstələrin gözləri önündə baş verən qalmaqalla bağlı polis araşdırma aparır.
Terefsiz.az