HƏMİDƏ ÖMƏROVA PROFESSOR ADINA LAYİQ GÖRÜLDÜ

0
494

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, xalq artisti Həmidə Ömərova Professor elmi adına layiq görülüb. Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məlumat verib.

Terefsiz.az xəbər verir  ki, H.Ömərova Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-cü  illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. Bundan başqa  “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb. 1986-cı ildən ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşdur.Hazırda  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir.

Prezidentin fərdi təqaüdçüsü olan gözəl aktrisamızı Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

istinad: Azərbaycan Kinematoqrafçılar İttifaqı