“Hər il qızımın bəkarətini yoxladıram” – məşhur reperdən şok açıqlama ( FOTO )

0
211

 

Məşhur amerikalı reper T.İ qatıldığı canlı yayımda pərəstişkarlarını hiddətləndirən açıqlama verib.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, onun aparıcının “övladlarınızla cinsi münasibət haqda söhbət edirsinizmi?” sualına verdiyi cavab gündəm olub.

İfaçı “Oğlum 15 yaşındadır və aktiv cinsi həyat yaşayır. Qızımın isə 18 yaşı var. 16 yaşından bu yana hər il onu həkimə aparıb, bakirə olub-olmadığını yoxladıram” – deyə, cavab verib.

Reperin bu sözləri sosial şəbəkədə tənqid atəşinə tutulub. İzləyicilər gənc qızlarda psixoloji sarsıntı yaradacaq bu cür yoxlanışları şiddətlə qınayıblar.

Terefsiz.az