Mayın 16-da İslam Əməkdaşlığı Təşkilatı ölkələri Xarici İşlər Nazirlikləri başçılarının növbədənkənar toplantısı keçiriləcək.
Terefsiz.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Toplantı məhz Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil olunacaq.
İclas zamanı İsrail – Fələstin münaqişəsi və bölgədəki son vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, son günlər ərzində tərəflər arasındakı qarşıdurma nəticəsində 10 israilli və 140-a yaxın fələstinli həlak olub.