I sinfə qəbulla bağlı “Çağrı Mərkəzi” fəaliyyət göstərir ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
209

TEREFSİZ.AZ saytı xəbər verir ki, birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Çağrı Mərkəzi” yaradılıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Terefsiz.az