İbrahim Tatlısəsin doğulduğu mağara muzey kimi fəaliyyət göstərəcək.
Terefsiz.az saytı “Sozcu.com” – a istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yerləşən muzeyin açılışında müğənni İbrahim Tatlısəs də iştirak edib.
İ.Tatlısəs mağarada doğulması ilə fəxr etdiyini bildirib:
“Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. Mən inanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, İ.Tatlısəs Şanlıurfada hotel açmağı da planlaşdırır.