İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç hətta koronavirus pandemiyası zamanı hobbisindən vaz keçmək fikrində deyil. Belə ki, o, şənbə günü balıq ovuna yollanıb.
Hücumçu tutduğu nəhəng balığın şəklini çəkərək özünün “Instagram” səhifəsində paylaşıb.
“Necə gözəl bir gündür”, – Zlatan yazıb.
38 yaşlı futbolçu bir neçə şəkil çəkdikdən sonra balığı suya buraxıb.
Xatırladaq ki, A Seriyasının matçları koronavirus pandemiyasına görə dayandırıldığı üçün İbrahimoviç doğma İsveçə yollanıb.