İçərişəhərdə “Azərbaycan xalçaları” adlı sərgi açılacaq

0
145

Oktyabrın 12-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında “Azərbaycan xalçaları” adlı sərgi açılacaq.

Terefsiz.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ xalçalar nümayiş ediləcək. Sərginin təqdimatında hər kəs iştirak edə bilər.