İçərişəhərdə küçə itlərinə dəstək aksiyası keçirilib – VİDEO

0
194

Bu gün heyvansevərlər paytaxtın “İçərişəhər” adlanan ərazisində, Qız qalası yaxınlığında “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə qarşı aksiya keçirməyə cəhd edib.

Terefsiz.az  xəbər verir ki, aksiyanın məqsədi heyvan haqlarını qorumaq olub. Etirazçılar hesab edirlər ki, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Bakıdakı küçə itləri ilə öz qaydalarına uyğun davranmır.

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı birgə layihəsi çərçivəsində yaradılıb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən onlara qarşı səslənən iddiaları əsassız sayıblar. Mərkəz bildirir ki, küçələrdən toplanan sağlam itlərlə bağlı lazımi işlər görüləndən sonra onlar geriyə qaytarılır. “Xəstə, aqressiv heyvanlar humanist yolla evtanaziya olunur”, qurum bildirir. Aksiya iştirakçıları “Toplan” Sahibsiz heyvanlara qayğı mərkəzi”ni küçə itlərinin qanunsuz olaraq öldürülməsində ittiham edirlər. Aksiya polis əməkdaşlarının müdaxiləsindən sonra dağıdılıb.