İcbari tibbi sığorta haqları belə olacaq

0
170

Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olan və olmayan şəxslərin icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

Terefsiz.az xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, səkkiz min manatadək (səkkiz min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə,hesablanmış əməyin ödənişi fondunun 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Həmçinin, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əməkhaqqının səkkiz min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, səkkiz min manatadək (səkkiz min manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

istinad:oxu.az