“İcrabaşı Ağdamla kafeni səhv saldı”

0
137

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “N” saylı hərbi hissənin komandiri ilə anadan olduğu kəndə gedib.
Terefsiz.az BAXAR.AZ-a istinadən xəbər verir ki, Vaqif Həsənov Əliağalı kəndinə içkili vəziyyətdə gedib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kefli İsgəndər kimi özünü aparan Vaqif Həsənov həmçinin, koronavirus pandemiyasının da artmasına şərait yaradıb. Ölkədə ictimai-siyasi fəallar maskadan istifadə etmədiyinə görə cərimələndiyi dövrdə  Vaqif Həsənov qanunları ayaq altına atır. Azərbaycan şəhidinin qanı hesabına alınmış torpaqlara içkili vəziyyətdə getmək isə nəinki şəhidlərə, həm də ölkə başçısına qarşı edilmiş növbəti hörmətsizlikdir.

İcrabaşı Vaqif Həsənovun da mövqeyini dərc etməyə hazırıq.