İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün yenidən ABŞ şahmatçısı ilə qarşılaşacaq

0
122

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

“Terefsiz.az”ın məlumatına görə, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 8 turdan sonra Rəcəbov Firuzca və Duda ilə birlikdə hərəyə 3 xalla 6-8-ci yerləri bölüşür.

Turnir cədvəlinə 6 xala malik Nepomnyaşi başçılıq edir.

TEREFSİZ.AZ