“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olundu ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
145

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

 

Bu barədə  onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

 

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısında çıxarılıb və  barəsində bir ay 20 gün həbs qətimkan tədbiri seçilib.

 

TEREFSİZ.AZ