II Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək

0
189

İkinci Xəzər İqtisadi Forumunun Həştərxanda təşkili planlaşdırılır.

Terefsiz.az “RİA Novosti” -a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev birinci Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

D.Medvedev bildirib: “Mən bir daha türkmən dostlarımıza qonaqpərvərliyə görə təşəkkür edirəm, Qurban bayramlarını təbrik edirəm və hər kəsi Həştərxana dəvət edirəm. Biz orada növbəti – ikinci Xəzər İqtisadi Forumunu keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, ilk Xəzər forumu bu gün Türkmənistanın Türkmənbaşı şəhərində keçirilir.  Forumda Türkmənistan Prezidenti, Azərbaycan, Rusiya, Qazaxstan, Özbəkistan və Bolqarıstanın baş nazirləri iştirak edirlər.

istinad:oxu.az