İki ağzı və iki dili olan uşaq dünyaya gəldi – FOTO

0
170

ABŞ-da iki ağzı olan qız uşağı dünyaya gəlib.

Bu barədə “BMJ Case Reports” tibb jurnalı məlumat verib.

Məlumatda bildirilir ki, uşaqdakı anomaliya artıq ana bətnində olarkən üzə çıxıb. Hamiləlik zamanı edilən ultrasəs müayinə (USM) zamanı çənə sümüyündə artıq kütlə müşahidə olunub. Lakin mütəxəssislər bunun uşağın əlavə ağzı ola biləcəyini təxmin etməyiblər.

Uşaq dünyaya gələndən sonra məlum olub ki, onun ikinci ağzı var. Təxminən bir santimetrlik bu ağza balaca çənə, hələ çıxmamış dişlər və əsas dilin hərəkətlərini təkrarlayan ikinci dil də daxildir.