İki mindən çox cinayət işinin açılmasına veteranlar kömək etdi

0
185

İlin altı ayı ərzində veteranların köməyi ilə ölkə üzrə 2564 cinayətin açılması təmin edilib.

Terefsiz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edilib ki, polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik  təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə ərazi polis orqanlarının rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə müxtəlif təhsil müəssisələrində, DİN-in Polis Akademiyasında, eləcə də vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.

Onların təcrübəsi və peşəkarlığı cinayətlərin açılmasında mühüm  rol oynayır.