İki ölkə savaşın astanasında – “Persona non qrata” qalmaqalı

0
235

Çexiya və Rusiya arasında diplomatik gərginlik yaranıb.

Terefsiz.az xarici mətbuata istinadən xəbər verir ki, bu gərginliyə səbəb Çexiyanın baş naziri Andrey Babişin Rusiyanın Praqadakı  səfirliyində çalışan iki nəfəri “arzuolunmaz şəxslər” (persona non qrata) elan etməsi olub.

İddiaya görə Andrey Koçkanov mart ayında Rusiyadan Praqaya “risin” adlı zəhərli maddə gətirib. Bu maddənin gətirilməsində məqsəd isə çexiyalı siyasətçiləri zəhərləyərək öldürmək olub.

“Biz suveren dövlətik və bu cür hərəkətlər bizim üçün qəbuledilməzdir. Belə vəziyyətdə Rusiya səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxslər” siyahısına əlavə edilməsinə qərar verdik”, – deyə baş nazir bildirib.

Bu açıqlamadan qısa bir müddət sonra Moskva rəsmisindən cavab gəlib və məlumatı təkzib edib. Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov: “Rusiya Praqanın qərarına eyni formada cavab verəcək”, -deyə bəyan edib.