İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub.

0
186

Terefsiz.az saytı report.az-a istinadən xəbər verir ki, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub. 

Bu barədə  Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adı çəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

Beləliklə, peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.

Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər, seminarlar təşkil edəcəklər.

Terefsiz.az