Son iki gündü sosial şəbəkələr və cəmiyyətdə polislə vətəndaş qarşıdurması, polisin başına atılan zibillərin nəticəsində polislərin həmin vətəndaşların evlərinə daxil olaraq, əynində olan geyim və yaxud, lüt şəkildə hər kəsin gözlərinin önündə çölə çıxaması məsələsi çox aktuallaşdı. Cəmiyyətdə fikirlər iki hissəyə ayrıldı. Vətəndaşın zibil atmağına haqq qazandırıb, polisin o basqısını qınayanlarla, zibil atanları qınayıb, o cür evlərə daxil olmanı dəstəkləyənlər də az deyildi.
Artıq cəmiyyətdə polislərə qarşı bir mənalı olmayan fikirlər də formalaşmağa başladı. Polisimiz bizi qoruyur, ya biz özümüzü polisdən qorumalıyıq? Polislər tərəfindən əslində özünü sübut kimi, lakin məğzinə varsa özünü ifşa edəcək videoların çəkilməsində məqsədlərini yəqin ki özləri əla bilir. Bizə isə bir vətəndaş olaraq bu məsələləri fikir bildirməkdir. Vətəndaş mövqeyi deyilən məfhum var. Mən hesab edirəm ki, istəyir vətəndaş, istəyir hər hansı bir vəzifəni icra edən şəxs heç bir halda kobudluqla məsələni həll etməməlidir. Kobudluqla kobudluq susdurulmağa qalxanda nəticələri heç də ürək açan olmur. Bəs siz, dəyərli oxuyucular, bu haqda nə düşünürsüz?