“Bir nəfər iki yerdə çalışırsa, hər iki iş yerindən icazə almalıdır”.
Terefsiz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, bir yerdən icazə alan şəxs izn aldığı sahədən kənar işləyərsə, problem ola bilər:
“Ola bilər ki, vətəndaşın birinci iş yerindən aldığı arayış ikinci çalışdığı sektora uyğun deyil. Bu səbəbdən yaxşı olar ki, vətəndaşlar çalışdığı hər iki qurum tərəfindən portalda qeydiyyatdan keçirilməklə icazə alsınlar”.