“İkinci liqaya göndərsələr də, ayrılmayacağam” – Qvardiola

0
184

 “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

TEREFSİZ.AZ saytı “Sky Sports”a istinadən xəbər verir ki, o bildirib ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına baxmayaraq, komandadan ayrılmağı düşünmür:

Hansı liqada olmağımızdan asılı olmayaraq, burada qalacağam. İkinci liqaya göndərsələr də, ayrılmayacağam. İndi birlikdə olmaq zamanıdır”.

 

Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Terefsiz.az