İlham Əliyev daha 4 sərəncam, 4 fərman imzaladı – YENİLƏNDİ (7)

0
210

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Terefsiz.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Səfərov Emin Nadir oğlu

“Əməkdar pilot”

Əliyev Hacıağa Muxtar oğlu

Əlizadə Sadıx Pərviz oğlu

Hidayətov Ramiz Rasim oğlu

Novruzov Əkbər Mühüddin oğlu

Sadıxov Vaqif Fazil oğlu

Truxanov Vasiliy Pavloviç.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Əmək” ordeni ilə

Hacıyev Eldar Əli oğlu

Hüseynov Etibar Xudaverdi oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Tibilov Zaxar Konstantinoviç

“Tərəqqi” medalı ilə

Dupikova Nataliya Nikolayevna

Əfəndiyev Arif Xanməmməd oğlu

Əliyev Fariz Fəhrəddin oğlu

Həsənov Xaqani Mikayıl oğlu

Knyazev Vitaliy Vitalyeviç

Quliyev Fuad Hidayət oğlu

Manizadə Cəmil Fəxrəddin oğlu

Məmmədov Tahir Məmməd oğlu

Məmmədov Teymur Namik oğlu

Rəfi-zadə Murad Rüfət oğlu.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 1015 nömrəli Fərmanı) 4.3-cü bəndinə “cümləsində,” sözündən sonra “211.2,” rəqəmləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 224.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 13.2.84-cü, 165.1.9-cu, 222.5.9-cu, 222.7-ci və 224.11-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 222.3-cü maddəsinin ikinci cümləsində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə uyğun olaraq, malların ixrac qeydi ilə satışı qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Məcəllənin 224.4-cü maddəsinə uyğun olaraq, əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də və 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci – yeddinci abzaslar müvafiq olaraq dördüncü – doqquzuncu abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 7-1-ci maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

1.2. dördüncü abzasda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;

1.3. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“həmin Qanunun 7-1-ci maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060,1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.13-3-cü bənd əlavə edilsin:

“8.13-3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 3.1.11-1-ci yarımbənd əlavə edilsin:

“3.1.11-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra –TƏBİB) tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirir;

3.2. 4.5.11-ci yarımbəndin 1-ci abzasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra – TƏBİB) publik hüquqi şəxsin” sözləri “TƏBİB-in” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578; 2019, № 7, maddə 1220) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-1-ci bənddə “və 28-ci” sözləri “, 13.4-cü maddəsində (birinci halda) və 28-ci” sözləri ilə əvəz edilsin;

1.2. 2.2-1-ci bənddə “və 14.7-ci maddələrində “orqan” dedikdə” sözləri “, 14.7-ci maddələrində və 15-ci maddəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilsin;

1.3. 2.3-cü bənd üzrə:

1.3.1. “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilsin;

1.3.2. “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilsin;

1.3.3. “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.4. 2.4-cü bənd üzrə:

1.4.1. “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilsin;

1.4.2. “13.4-cü” sözlərindən sonra “(hər iki halda)” sözləri əlavə edilsin;

1.4.3. “iyirmi üçüncü abzasında” sözləri “üçüncü və iyirmi üçüncü abzaslarında” sözləri ilə əvəz edilsin.

2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2578) 2.2-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

3.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsinlər”.