İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətinin əlaqələrimizə böyük töhfə verəcəyinə əminliyini bildirib

0
74

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

“Terefsiz.az” xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşündə deyib.

Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

terefsiz.az