İlham Əliyev İndoneziya prezidentinə təbrik məktubu yolladı

0
198

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Terefsiz.az saytı xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İndoneziya Prezidentinə ən xoş arzularını yetirib, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyib.

Terefsiz.az