Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, bu istiqamətdə çox ciddi addımlar atılıb.
“Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcək. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Terefsiz.az