Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Terefsiz.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
– Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;
– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
istinad:oxu.az