İlham Əliyev: “Beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur”

0
70

Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin – nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.

“Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”, – deyə İlham Əliyev əlavə edib.

terefsiz.az