29 fevral 2020-ci il tarixində YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin “İlin fotoqrafı 2019” tədbiri keçiriləcək.
Terefsiz.az xəbər verir ki, tədbirdə fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar AFB adından təsis olunmuş mükafatlarla təltif olunacaqlar. Eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə, Azərbaycan Fotoqrafları Birliyinə verdikləri dəstəyə görə, fotoqrafiya sənətinin təbliğində, tədrisində və araşdırılmasında xidmətləri olmuş dövlət qurumlarına və qalereyalara xatirə diplomları təqdim ediləcək.
Tədbir Art Faktor Agentliyinin tərəfdaş dəstəyi ilə təşkil olunur.