İlin ikinci ay tutulması olacaq

0
195

Bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu təbiət hadisəsi iyulun 17-də saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Qeyd edək ki, ilin ilk Ay tutulması 21 yanvarda baş verib.

Terefsiz.az