Bu gün futbol üzrə İspaniya Super Kubokuna start verilib.
TEREFSİZ.AZ saytı xəbər verir ki, Səudiyyə Ərəbistanında dörd komandanın iştirakı ilə keçirilən turnirin ilk yarımfinal oyununda “El Klasiko” həyəcanı yaşanıb. Madrid “Real”ı “Kral Fəhd” adına stadionda “Barselona” ilə üz-üzə gəlib.
Klublar arasındakı ilin ilk qarşılaşmasında sevinən tərəf paytaxt komandası olub. Əlavə vaxtda vurulan qol “Real”ın qələbəsini rəsmiləşdirib – 3:2.
Qeyd edək ki, “Kral klubu” yanvarın 13-də keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) oyununun qalibi ilə görüşəcək. Final matçı yanvarın 16-da baş tutacaq.