“İlinFotoqrafı – 2019” mükafatlandırma mərasimi keçirilib.

0
406

29 fevral 2020-ci il tarixində YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin (AFB) “İlin Fotoqrafı – 2019” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə “İlin Fotoqrafı – 2019” mükafatından əlavə digər nominasiyalar üzrə də mükafatlar təqdim edilib. Əli Qafarovun xatirəsinə təsis olunmuş “Müharibə fotoqrafı”, Yaşar Xəlilovun xatirəsinə təsis olunmuş “İdman fotoqrafı”, Oleq Litvinin xatirəsinə təsis olunmuş “Foto reportyor”, Ənvər Qaragözovun xatirəsinə təsis olunmuş “Ekstrimal fotoqraf”, Rafiq Nağıyevin xatirəsinə təsis olunmuş “Dokumental fotoqraf”, Hüseyin Hüseyinzadənin xatirəsinə təsis olunmuş “ART fotoqraf” və “Ümid” mükafatı, eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə həyata keçirilən layihələrdə iştiraklarına, beynəlxalq fotomüsabiqələrdə qazandıqları qələbələrinə görə, keçirilən uğurlu fotolayihələrə görə, fotoqrafiya sənətininin təbliği üçün təşkil olunan qrup və fərdi sərgilərə görə mükafatlar təqdim edilib. Həmçinin KİV əməkdaşları da Azərbaycan Fotoqrafları Birliyi tərəfindən mükafatlarla təltif olunub.

Terefsiz.az qeyd edir ki, “İlin Fotoqrafı” mükafatı 2000-ci ildə AFB tərəfindən təsis edilib. 150 ildən artıq tarixi olan Azərbaycan fotoqrafiyası ölkənin tarixi və mədəni inkişafına öz töhfəsini verib. AFB son dövr daha bir yeniliyə imza ataraq Azərbaycan fotoqrafiyasının tarixindən bəhs edən “Faciənin fotosu” sənədli filmini çəkməyə nail oldu.

 

Fotoqrafiya sənətində qazandıqları uğurlara görə

aşağıdakı mükafatlar və xatirə diplomlar təqdim edildi.

 

Azərbaycan Fotoqrafları Birliyinin fəaliyyətinə informasiya dəstəyinin verdiyi töhvələrə görə:

-Azərbaycan Dövlət İnformasiya Agentliyi

-Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin “Mədəniyyət” kanalı

-Caspian Broadcasting Company TV (CBC)

-Frame.az saytının redaktoru Ülviyyə Quliyeva

Gənclər arasında Fotoqrafiya sənətinin tədrisi və təbliği üçün “Yaradıcılıq Emalatxanası” lahiyəsinin verdiyi töhvələrə görə:

-Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Fotoqrafiya sənətini tədrisi üçün yaradılmış fotoqrafiya məktəbinin verdiyi töhvələrə görə:

-STEP İT Akademiyası

Fotoqrafiya sənətini təbliği üçün ustad dərsləri, fərdi və qrup foto sərgilərin təşkilinə verdiyi töhvələrə görə:

-ART FAKTOR agentliyinin direktoru Asiyat Fətullayeva

-Arts Council Azerbaijanın rəhbəri Dadaş Məmmədov

-NUR ART House Qalereyasının direktoru Röya Tağıyeva

-Xətai Sənət Mərkəzinin direktoru Zahid Eyvazov

Fotoqrafiya sənətini təbliği üçün Bakı Fotoqrafiya Evinin yaradılmasına verdiyi töhvələrə görə:

-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Gənclər arasında fotoqrafiya sənətininin təbliği üçün təşkil etdiyi “Foto Mən” layihəsinin verdiyi töhvələrə görə:

-ASAN Könüllülük Məktəbi

Fotoqrafiya sənətinin ictimayyətdə tanıdılmasında həyata keçirdiyi  “Xeyirxahlıq” sosial layihələrinin verdiyi töhvələr görə:

-Könül Süleymanova

-Xəzər Məmmədov

“Danışan qəlbər” foto layihəsinin verdiyi töhvələr görə:

-Şirin Rzayeva

Azərbaycan Fotoqrafiya sənətinin tarixinin, irsinin araşdırılmasına və fotoqrafiya sənətinin təbliğinə verdiyi töhvələrə görə:

-AZER HISTORY saytı

 

Fotoqrafiya sənətinin tədrisi və təbiğinə verdiyi töhvələrə və “Foto Kompozisiya” kitabına görə:

-Rəfael Qəmbərov

Fotojurnalistika sənətinin tədrisi və təbiğinə verdiyi töhvələrə və “Foto və söz” kitabına görə:

-Şirməmməd Nəzərli

Azərbaycanlı ilk fotoqraflardan olan Mircavad Axundov haqqında “Dalğa” proqramındakı verlişinə görə:

-İlqar Əlif oğlu

Fotoqrafiya sənətinin beynəlxalq müsabiqələrdə təmsil etməkdə verdiyi töhvələrə görə:

-Gilavar foto klubunun yaradıcısı Dilavər Nəcəfov

Fotoqrafiya sənətininin təbliği üçün təşkil etdiyi qrup və fərdi sərgilərdə kurator işinə verdiyi töhvələrə görə:

-Rüstəm Hüseynov

Təşəkürnamə

Azərbaycan Fotoqrafları Birliyinin fəaliyyətinə verdikləri təmanasız şəxsi töhvələrinə görə:

-Arzu Mürvətova

-Pəri Bəndalıyeva

-Xanım Əliyeva

-Ağasoltan Soltanov

 

“İlin Fotoqrafı 2019”

 

Əli Qafarovun xatirəsinə təsis olunmuş “Müharibə fotoqrafı” adı “İtirilmiş Nəfəs” layihəsinə görə:

-Orxan Əzim

Yaşar Xəlilovun  xatirəsinə təsis olunmuş “İdman fotoqrafı” adı idman fotoqrafiyasında uğurlarına görə:

-Firudin Səlimov

Oleq Litvinin xatirəsinə təsis olunmuş “Foto reportyor” adı fotojurnalist uğurlarına görə:

-Murad Orucov

Ənvər Qaragözovun xatirəsinə təsis olunmuş “Ekstrimal Fotoqraf” adı alpinist fotoqraf uğurlarına görə:

-Zamin Cəfərov

Rafiq Nağıyevin xatirəsinə təsis olunmuş  “Dokumental fotoqraf” adı sənədli fotoqrafiyada uğurlarına görə:

-Leyli Ələkbərova

Hüseyin Hüseyinzadənin xatirəsinə təsis olunmuş “ART Fotoqraf” adı:

-Nətavan Vahabova

Hüseyin Hüseyinzadə xatirəsinə təsis olunmuş “Ümid” mükafatı:

-Rüstəm Məhərrəmov

-Elçin Quliyev

Azərbaycanın və fotoqrafiya sənətinin təbliği üçün nəzərdə tutulmuş “The Colors of Azerbaijan Motherland” kitabına görə:

-Etibar Cəfərov

Beynəlxalq fotomüsabiqələrdə qazandığı qələbələrinə görə:

-Nadejda Cavad

-Rəşad Mehdiyev

20 yanvar faciəsinin tarixindən bəhs edən “Faciənin fotosu” filminin ideya müəllifi və rejissor işinə görə:

-Fərqanə Qasımlı

20 yanvar faciəsinin  tarixindən bəhs edən “Faciənin fotosu” filminin operator və montaj işinə görə:

-Ayaz Mikayıl-zadə

Fotojurnalistika tədrisinə və keçirdiyi uğurlu fotolayihələrə görə:

-Əhməd Muxtarov

 

“Narınqala 2019” Beynəlxalq fotomüsabiqəsinin qalibləridə qazandıqları mükafatlar da təqdim olundu.

Gürcüstan  Fotoqraflar Assosasiyası nın  Fotolayf klubunun “ Narınqala 2019” Beynəlxalq fotomüsabiqəsi FİAP-ın potranajlığı, GPU-nin, PSA-a, GFA və AFB-nin dəstəyi ilə ilə təşkil edilmişdir.Nurlan Tahirli, Şahin Sərkərov, Valeriy Xlızov    və   Aleksandr Koryagini Diplomlara layiq görülmüşdür. Fəxri lentlərin qalibləri Aydın Mehdiyev,  Aleksandr Koryagin və Aleksandr Firstov layiq görülmüşdür.

Müsabiqənin partnyoru, GPU-nin qızıl mükafatını Fərqanə Qasımlı qazanmışdır.