İlon Mask Gürcüstanda şirkət açıb

0
79

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstanda törəməsi təsis olunub.

“Terefsiz.az” Gürcü mediyasına istinadən xəbər verir ki, təsisçisi “Starlink Holdings Netherlands” şirkəti olan “Starlink Georgia”nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.

Tənzimləyici iyunun 29-da təsis olunmuş şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirməyi planlaşdırır.

“Starlink” Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etmək niyyətindədir.

terefsiz.az