İlon Mask “Twitter”i almaq üçün müqavilə bağlayır

0
81

“SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask “Twitter”i əldə etmək üçün oktyabrın 28-də sövdələşmə bağlamağı planlaşdırır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu bəyanat bir gün əvvəl Mask və sövdələşmənin maliyyələşdirilməsinə kömək edən bankirlər arasında keçirilən videokonfrans zamanı verilib.

Xatırladaq ki, hələ aprel ayında “Twitter” kompaniyasının rəhbərliyi amerikalı biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib.

terefsiz.az