İmişlidə qəzalı məktəb qısa müddətdə mobil sanitar qovşağı ilə təmin ediləcək

0
150

Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

“Terefsiz.az” xəbər verir ki bu barədə  Mil-Muğan Regional Təhsil İdarəsi “Report”a açıqlama verib.

Qeyd edilir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.

terefsiz.az