İmmuniteti necə gücləndirmək olar?

0
107

İmmunitetin zəifləməsinin bir neçə aşkar əlaməti var: daimi yorğunluq və yuxululuq, halsızlıq, oynaqlarda ağrılar, xroniki xəstəliklər. Tez-tez baş verən soyuqdəymə də zəif immunitetdən xəbər verir. İmmuniteti artırmağın müxtəlif metodları var. Bir neçə əsas qaydanı bilmək lazımıdır. -Hərəkət. Oturaq iş vaxtı fasilələr, piyada gəzintisi, idman, rəqs və s. Az oturmaq və uzanmaq, daha çox hərəkət, sadə idman hərəkətləri və s. -Kütləvi epidemiyalar zamanı antivirus preparatlardan (yalnız həkim məsləhəti ilə) istifadə xəstəlik riskini azaldacaq. -Təmiz havada gəzinti- gündəlik yarım saat belə gəzinti qanı oksigenlə zənginləşdirir və əsəb sistemini möhkəmləndirir. -Yuxu- hər gün eyni vaxtda yatmaqla 7-8 saatlıq yuxu. Yuxunun pozulması yaxud kifayət qədər yatmamaq immuniteti dağıdır. -Həyata təbəssüm və pozitiv yanaşmaq. Optimistlər daha az xəstələnir, xoşməramlılıq və yumor əsəb sistemini tonallaşdırır, xəstəliklərin qarşısını alır. -Fitoterapiya- dərman bitkilərindən istifadə etmək sağlamlığı gücləndirir. -Sakitlik- stresslərdən, skandallardan qaçmaq və s. İşdən sonra müntəzəm olaraq maraqlı və xoş (hobbi) işlərlə məşğul olmaq. Bitki tərkibli qidalar. Tərəvəz və meyvələrdən çox qəbul etmək. Ən yaxşısı vitamin və mineralları təbii məhsullardan əldə etməkdir. İmmunitet üçün xüsusən, sink, dəmir və C vitamini faydalıdır. Buna görə də, daha çox limon, alma, kələm, qara qarağat, qara gavalı və soğan yemək lazımdır. məkanın ürək, beyin və immun sistemi üçün normal şəratdə olmasını yoxlamaq lazımdır. Havasızlıq məkanda virus və bakteriyaların toplanmasına səbəb olub. Bundan başqa, immun sisteminin gücləndirilməsi üçün təbii vasilərdən istifadə etmək çox vacibdir. Belə təbii və ən güclü vastələrdən biri də qara zirə yağıdır. Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu. Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır. qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir. Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır. Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə – infeksiyalar, viruslar, parazitlər, göbələklər və s. mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir. Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir. Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər. İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər. Qara zirə yağı damarlarımızı təmizləyir, onların elastikliyini artırır və bunun nəticəsində ateroskleroz və insult kimi ağır xəstəliklərin inkişafında yaxşı profilaktik təsir edir. Qara zirə yağı dərini cavanlaşdırır, onu daha hamar edir, qırışları azaldır. Qara zirə yağını müxtəlif dərini cavanlaşdıran maskalara əlavə etmək olar. Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii qara zirə yağından istifadə edin. Hal hazırda bazarda çoxlu miqdarda ucuz saxta qara zirə yağları satılır ki, onların istifadəsi insana heç bir fayda verə bilməz. Əgər siz də təbii, heç bir əlavə qatqısı olmayan, 1ci soyuq sıxım, keyfiyyətinə tam nəzarət olunan, 100% təbii qara zirə yağından bəhrələnmək istəyirsinizsə, o zaman Efiopiya toxumlarından hazırlanan, Al Fath şirkətinin təbii qara zirə yağlarını sifariş edə bilərsiniz. Al Fath şirkətinin istehsalı olan qara zirə yağları xüsusi şüşə qablarda qablaşdırılır ki, bu da onu gün şüalarından qoruyur.