İnəkləri danışdıran, korlara “üçüncü göz” yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı

0
176

Hindistanda insan qaçırmaq və təcavüz kimi ittihamlarla axtarışda olan, özünü “müqəddəs” elan hindu təriqət lideri Nithyananda Ekvador sahillərində bir adada öz dövlətini qurduğunu elan edib.

Terefsiz.az “Hürriyyət” -ə istinadənxəbər verir ki, ölkəsində böyük izləyici kütləsi olan Nithyananda yeni “dövlət”in adının “Kailasa Cümhuriyyəti” olduğunu və dövlətdə yaşayanların “dünyanın ən böyük və ən saf hindu əhalisi” olduğunu qeyd edib.

“Kosmik dövlət” Nithyanandanın varlı mürşidlərindən birinin Ekvador sahillərində aldığı xüsusi bir adada yaradılıb. Nithyananda həmçinin hindu ibadətini həyata keçirənlərin bu dövlətin vətəndaşlığını və pasportunu almaq üçün müraciət edə biləcəklərini açıqlayıb. “Kailasa Cümhuriyyəti”nə müəyyən miqdarda ianə edilməsi şərti ilə qəbul edilən müraciətlər Nithyanandanın özü tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, Hindistanda 10-dan artıq məbəd quran Nithyanandanın günəş çıxmasını 40 dəqiqə gecikdirdiyi, divarın arxasını gördüyü, 82 kor uşaq üçün “üçüncü göz” yaratdığı, inəkləri sanskrit və tamil dillərində danışdırdığı iddia edilir.

istinad:oxu.az