İndoneziyada Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində 174 nəfər ölüb

0
97

İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda 174 nəfər həyatını itirib.

“Terefsiz.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Emil Dardak məlumat verib.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda  100-dən çox insan isə yaralanıb.Onlar xəstəxanalara yerləşdiriliblər.

terefsiz.az