İndoneziyanın Yava adasında zəlzələ baş verib, 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 56 nəfər ölüb, azı 700 nəfər xəsarət alıb.
Onların əksəriyyətinin vəziyyəti ağırdır.
“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti məlumat yayıb.
Episentri Çianjur şəhəri olan zəlzələ İndoneziyanın paytaxtı Cakartada da hiss olunub.
Hazırda 100-dən çox insanın itkin düşdüyü bildirilir.