İnflyasiyanın nəzarət altında saxlanılması çox vacibdir. Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb.
Oxu.az – a istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu bu gün Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini deyib ki, növbəti 2-3 ayda bu prosesin nəzarət altında saxlanılacağına ümid olunur:
“İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transferlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.
Qeyd edək ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.
Terefsiz.az