İngiltərə futbolçuları koronavirusla mübarizə üçün fond yaratdılar

0
132

İngiltərə Premyer Liqası klublarının futbolçuları ölkə səhiyyəsinin milli xidmətinin koronavirusla mübarizəsinə dəstək üçün fondun yaradıldığını elan ediblər.

“Report” xəbər verir ki, futbolçular bu barədə özlərinin sosial şəbəkələrdəki hesablarında bildiriblər.

Futbolçuların bəyanatı #PlayersTogether həştəqi ilə yayılıb. Deyilir ki, fond koronavirusla mübarizəyə və həkimlərin, həm də pasiyentlərin rifahını yaxşılaşdırmağa operativ vəsait ayırmağa kömək edəcək.

Bu halda oyunçular qeyd ediblər ki, həmin addım onların öz təşəbbüsüdür, klublar və liqa arasında əməkdaşlıqla bağlı deyil.

Fondun yaradılması keçən həftə məlum olub. Onun təşəbbüskarı “Liverpul”un kapitanı Cordan Henderson olub.

istinad:oxu.az