İngiltərədə “ən yaxşı məşqçi” adına 4 namizəd var
İngiltərə Premyer Liqasında 2018/2019-cu illər mövsümündə “ən yaxşı məşqçi” adına 4 namizəd var.
Terefsiz.az saytı xəbər verir ki, Premyer Liqanın rəsmi saytında həmin məşqçilərin adları açıqlanıb.
Bunlar “Vulverhempton”un baş məşqçisi Nuno Eşpiritu Santu, “Mançester Siti”ni çalışdıran Xosep Quardiola, “Liverpul”un sükanı arxasındakı Yurqen Klopp və “Tottenhem”in argentinalı baş məşqçisi Maurisio Poçettinodur. Premyer Liqanın rəsmi saytında aparılan soruğuya mayın 9-da yekun vurulacaq. Qalib isə mayın 14-də açıqlanacaq.
Qeyd edək ki, ötən ilin qalibi Xosep Quardiola olub.
Terefsiz.az