UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.
Terefsiz.az -ın məlumatına görə, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.
Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.
Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib – 6:5.
Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək.
UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş
17:00. İsveçrə – İngiltərə – 0:0 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 5:6)
Harri Maquayr – 0:1
Stiven Tsuber – 1:1
Ross Barkli – 1:2
Qranit Caka – 2:2
Ceydon Sanço – 2:3
Manuel Akanji – 3:3
Rəhim Sterlinq – 3:4
Kevin Mbabu – 4:4
Cordan Pikford – 4:5
Fabian Şör – 5:5
Erik Dayer – 5:6
Yosip Drmiç – 5:6 (qapıçı)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Gimaraynş (Portuqaliya), “Estádio D. Afonso Henriques”