İngiltərədə tibb dünyasının marağına səbəb olan hadisə yaşanıb.

0
206

 

Terefsiz.az saytı xəbər verir ki, 72 yaşlı xəstə qarın nahiyəsində aparılan əməliyyatdan 8 gün sonra udquna bilməmək və öskürək şikayətləri ilə həkimə müraciət edib. Rentgen müayinəsi aparılan zaman isə ortaya çıxan görüntü həkimləri şoka salıb.

Belə ki, əməliyyat zamanı xəstənin ağzında olan protez dişlər onun boğazına düşüb.

Bu hadisə tibb dünyasını ayağa qaldırıb. Mütəxəssislər baş verənlərin həkim səhlənkarlığı olaraq dəyərləndiriblər.

Protez dişləri olan insanlar narkoz verilən zaman onların dişləri çıxarılmalıdır. 72 yaşlı ingilisin dişini çıxarmaq isə heç kimin ağlına gəlməyib.