İnsan alveri qurbanına çevrilmənin VASİTƏLƏRİ – DİN açıqladı

0
295

Daxili İşlər Nazirliyi əhaliyə insan alveri qurbanlarına çevrilməmələri üçün xəbərdarlıq yayıb.

DİN-dən verilən məlumata görə, qurumun İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir. “Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.

“İnsan alveri qurbanına çevrilmənin vasitələri- İşədüzəltmə firmaları; Moda agentliyi; Nikah agentliyi; Turizm agentliyi; İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; Qəzet və televiziya vasitəsi ilə elanlar; Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər; Хаrici аgеntliklər tərəfindən təkliflər; Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təklifləridir.

İstinad: Publika.az

Terefsiz.az