İnsana bənzər robotları əsl insanlardan ayırmaq üçün yeni Türinq

0
275

    Real görünən androidlər yaxın gələcəkdə ortaya çıxacaqlar. Onları adi insanlardan ayırmaq üçün standart Türinq testi kifayət etmir. Alimlərin fikrincə androidlərin xarici görünüşləri və hərəkət özəllikləri də nəzərə alınmalıdır.

Bu barədə Hightech.plus saytı xəbər verib.

Terefsiz.az saytı xəbər verir ki, 1950-ci ildə məşhur ingilis alim Alan Türinq kompüter zəkasının qiymətləndirilməsi üçün xüsusi test yaratmışdı. Kompüter ilə insan arasındakı söhbət çərçivəsində əgər əsl insan kompüteri digər əsl insan kimi qəbul edirsə deməli kompüter bu testdən keçmiş olur.

Bu üsul indiyənə kimi süni zəka mütəxəssislərinin arasında çox məşhurdur. Lakin onlardan bəziləri əmindirlər ki, bu test təkmilləşdirilməyə ehtiyac duyur. Məsələ burasındadır ki, Türinq testi süni insan üçün deyil süni beyin üçün nəzərdə tutulub.

21-ci əsrdə daha real görünən androidlərin ortaya çıxması ilə robotları insanlardan ayıran testin yaradılmasına ehtiyac duyulmağa başladı. Bu məqsədlə də multimodal Türinq testi yaradıldı.

Bu test eyni zamanda androidin xarici görünüşünü, hərəkətini, səsini və zəkasını qiymətləndirir. Bundan əlavə olaraq, bu test süni zəkanın insan bədəninə necə yaxşı inteqrasiya edildiyini və insandan fərqlənməyən robotun yaradılma mümkünlüyünü qiymətləndirəcək.

Bu test üsulu 4 mərhələdən ibarətdir və hər bir mərhələ əvvəlkindən qəlizdir.

İlk öncə robot hərəkətsiz şəkildə real görünməlidir. İkincisi, robot təbii hərəkət etməlidir. Üçüncüsü, robot ideal şəkildə insan nitqini imitasiya etməlidir. Dördüncü mərhələdə robotun süni zəkası qiymətləndirilir. Əgər robot bu 4 mərhələdən keçə bilsə deməli o, insandan fərqlənmir.

Terefsiz.az