İnstagramda bizi necə aldadırlar-Xəbəriniz yoxdur?

0
646

Son zamanlarda instagramda trend olan, amma ümumi biznesə zərər verən bir hadisə haqda aşağıdakı threadi paylaşıram.

Terefsiz.az xəbər verir ki, instagram üzərindən biznes səhifə idarə edənlər mütləq oxusun : İnstagramdan biznes səhifəniz varsa çox güman sizə mütəmadi olaraq giveawaylərdə iştirak etmə dəvəti gəlir. Follower sayının artımı söz verilir. Qiymətlər də belə baxanda münasib – 50AZN-dən 200AZN-ə qədər. 10K, 20K artım qarşılığında. İlk baxışdan məntiqli səslənir elə deyil? 50 manat verib 10 min izləyici artırırsan. Real olmayacaq qədər optimistik bir təklifdir. Follower artımı olsa da, ümumən səhifənin performansına və bunun nəticəsi olaraq da, biznesə böyük zərər verir belə giveawaylərdə iştirak. İzahı: : İlk olaraq İnstagram alqoritmlərinin necə işlədiyinə baxaq. Aşağıdakı cızmaqarada bunu izah etmişəm. [: Bu alqoritmi sözlə ifadə etsək, İnstagram paylaşılan postu səhifənin izləyiciləri vasitəsilə ölçür, ona olan marağı başa düşür, və maraq kifayət qədərdirsə reach-i artırır, və nəhayət səhifənin izləyiciləri olmayanlara da göstərir. Əgər maraq yoxdursa postun reach-ini limitləyir. : Qayıdaq giveawaylərə. Hər hansısa X influencer giweaway təşkil edir, deyək 100 sponsor qoşur, hərəsi 100AZN ödənişlə. Bunun qarşılığında 10-20K follower artımı söz verir. İzləyicilər üçün şərt isə sadədir – girib səhifənin izlədiyi bütün səhifələri izləməlisən. : Müəyyən müddətdən sonra random seçim olacaq və qalibə iPhone və s kimi hədiyyə veriləcək. Bu misalda influencer hardasa 10000 manat qazanır, onun 3-5 minini xərcləyir hədiyyə alır giveaway qalibinə vermək üçün, qalanı isə özünün qazancıdır. : Pulsuz iPhone qazanacağını düşünən izləyicilər isə həvəslə influencerin izlədiyi 100 səhifəyə follow atırlar. Beləcə səhifələr izləyici qazanır. Həəə, indi isə gələk bu prosesə qoşulmuş biznes səhifəsinin başına gələn hadisələrə… : Prosesin ilk günlərində səhifəyə minlərlə insan axın edir və səhifəni izləməyə başlayır. Bu qeyri adi bir hal olduğundan İnstagram alqoritmləri bu “işdə bir iş var deyib” səhifədən şübhələnirlər, bir növ səhifəyə yaşıl bayraq asırlar öz tərəflərində. : Düşünürlər ki, səhifə nəsə spam edib ki, adətən həftəyə 5-10 follower qazanan səhifə 2 günə 5 min follower gətirib. Amma bu şübhələnmə hələ işin əvvəlidir. Bir neçə gün keçir, səhifə post paylaşır, amma like, comment, və s. kimi engagement metriklər əvvəlki kimi qalır. : Alqoritmlər bu halda ikinci sarı bayrağı qaldırırlar. Çünki, səhifənin engagement faizi çox aşağı düşmüş olur. Əvvəl 100 followerdən 5-i postla engage edirdisə (5%), indi 5000 izləyicidən 10-u engage edir(0.2%). Alqortm qərar verir ki, səhifənin paylaşımları çox maraqsızdır. : Və beləcə onun orqanic reach potensialını aşağı salır. Postları daha az adama göstərir. Eyni zamanda səhifənin izləyicilərlə birbaşa əlaqə qurmasını, ilk səhifənin izləyicilərinə mesaj yazma özəlliyini limitləyir. : Amma bu hələ harasıdır. Giveaway bitdikdən sonra səhifəni izləmiş şəxslərin haradasa 30-40%-i səhiəni unfollow edir. Axı heç bir hədiyyə qazanmadılar… Bu isə instagram üçün axırıncı siqnaldır və səhifəyə artıq qırmızı bayraq qaldırılır. İG alqoritm görür ki, birinci spama oxşar hadisə baş verdi, çoxlu kütlə axın etdi səhifəyə. Sonra o kütlə heç bir engagement etmədi səhifə ilə. Və sonda o insanlar səhifəni unfollow etdilər. Alqoritmlərin gözündə bu səhifənin problemli olduğunu göstərir. Bu hadisələrə cavab olaraq isə İnstagram səhifənin orgranic reach-ini kəskin şəkildə limitləyir. Bundan recover olunmaq çox uzun və əziyyətli prosesdir. Amma iş organic limitation ilə də bitmir. Səhifə problemli olduğundan İnstagram alqorimtləri səhifənin pullu reklam potensialını da aşağı salır. Məsələn, əvvəl 1 dollara 10 nəfərə reklam göstərə bilirdisə, indi 1 dollaraq 2-3 nəfərə görsənəcək reklam. Çünki, alqoritmlərin gözündə səhifə keyfiyyətsizdir…və keyfiyyətsiz kontent insanlara maraqlı deyil. Beləcə qısa yoldan follower artırmağı hədəfləyən biznes sahibi bir neçə həftə sonra İnstagram üzərindən satışlarının aşağı düşdüyündən şikayət edir, səbəbini başa düşmür. Axı kalan follower var, nəyə görə belədir? Bax belə. Siz siz olun, heç vaxt İnstagram biznes səhifənizlə giveaway-ə qoşulmayın. İG texnologiyasını başa düşməyənlərin ağsı sulanır, elə bilir babat söhbətdir, amma əslində öz quyunuzu qazmış olursunuz. : Bu prosesdə kiçik vadədə yalnız bir nəfər qazanır – o da nə etdiyini bilməyən influencer. Elə bilir tez pul qazanaraq digərlərinə də kömək etmiş olur. Amma əslində onun sponsorlarının biznesinə zərər dəyir. Və nəticədə həmin sponsor növbəti dəfə o influencer ilə işləmir. Uzun vadədə isə heç kəs qazanmır. Hər kərə bir cür zərər dəyir…

Müəyyən araşdırmalar + şəxsi təcrübə. Alqoritmdə qeyd olunan faiz və s. təxmini qeyd olunub. Amma İnstagramın reach-i etap-etap artırması, engagement aşağı olanda organic reachi azaltmasını təcrübələr əsasında yoxlamaq da olur.

Pərviz Axundov