Terefsiz.az xəbər verir ki, yaxın zamanda təqdim edilməsi gözlənilən 9-cu nəsil İntel prosessorlarından olacaq İ9-9900K modeli 2-ci nəsil Ryzen 2700X prosessorundan daha çox nəticə toplayıb. Belə ki, yayılan test nəticəsinə görə İ9-9900Kmodeli (8 core(nüvə)) 9862 xal yığıb. Ryzen 2700X prosessoru isə 9387 xal yığıb. İ9-9900K prosessoru 5GHz-ə qədər saat sürətində işləyə bilər və Hyper Treading dəstəklidir. Hərkəs yeni prosessorun 2-ci nəsil Ryzen-lə test nəticələrini maraqla gözləyirdi. Bununlada görünür ki, İntel 14 nm texnologiyası ilə yeni istehsal edəcəyi 9-cu nəsil prosessorları tək nüvə testində yenə də Ryzen prosessorlarından daha çox bal toplamağa nail olub. Amma gələcəkdə hazırlanacaq oyunların çoxunun çoxlu nüvəyə əsaslanacağı AMDprosessorlarına marağı artırır. Həmçinin İntel-in hələ də 14 nm texnologiyası ilə prosessor istehsal etməsi marka üçün mənfi bir haldır.